EN

Şahin Bağırov: Bu il 1,6 tondan çox narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb

Bu ilin 11 ayında 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub..

Poliqon xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov "Gömrük Biznes Forumu 2025" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin 2022-2024-cü illər ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində 1 ton 900 kq-dan çox, cari ilin 11 ayında isə 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılmasını təmin olunub.

Poliqon.info

Chosen
6
9
poliqon.info

10Sources