AzVision.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat çıxışında bildirib.
Onun sözlərinə görə, qeydə alınmış müraciətlərdən 18 566 şəxsin 93 897 müraciəti təmin edilib:
"42 246 250.00 AZN vəsait isə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 037 müraciəti olmaqla, ümumilikdə, 12 606 müraciət təmin edilib".
Elvin Hüseynov bildirib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb: “27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da var”.
AzVision.az