Tayland və Kamboca arasındakı sərhəd münaqişəsində gərginlik yenidən artıb.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Tayland ordusu qonşu ölkənin bir neçə bölgəsindəki hərbi hədəflərə hava hücumları edib.
Tayland ordusunun sözçüsü Vinthai Suvari bazar ertəsi, 8 dekabrda bildirib ki, onların hədəfləri hərbi infrastruktur, silah anbarları, komandanlıq məntəqələri və logistika yollarını əhatə edir.
O bildirib ki, zərbələr həmin gün səhər saatlarında Ubon Ratçatani əyalətində Tayland qoşunlarına atəş açan Kamboca əsgərlərinə qarşı qisas xarakteri daşıyır. Sözügüdən hücumda Tayland Kral Ordusunun bir əsgəri həlak olub, dördü yaralanmışdı.