EN

Tayland əməliyyata başlayıb

Tayland Silahlı Qüvvələri Kamboca ilə həmsərhəd olan Sa Kaeo əyalətində ölkənin suveren ərazisini geri almaq məqsədilə hərbi əməliyyata başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Tayland Ordusunun Birinci Hərbi Bölgəsinin rəsmi açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunur ki, Burapha Xüsusi Qüvvələri artan gərginlik fonunda əməliyyatlara start verib.

Ordunun məlumatına görə, Kamboca qüvvələrinin Sa Kaeo sərhədi boyunca ən yüksək döyüş hazırlığına gətirilməsi, hərbi texnika və ağır silahların möhkəmləndirilmiş mövqelərə ardıcıl şəkildə daşınması müşahidə edilib.

Tayland tərəfi bu addımların iki ölkə arasında mövcud sülh razılaşmalarına zidd olduğunu bildirib.

Birinci Hərbi Bölgə elan edib ki, sərhəd xətti boyunca Tayland suverenliyinin pozulduğu əraziləri geri almaq üçün döyüş əməliyyatları davam etdirilir.

Tayland Xarici İşlər Nazirliyi daha əvvəl Kambocanı Sa Kaeo əyalətində yaşayış məntəqələrinin genişləndirilməsini dərhal dayandırmağa çağırmış və Kamboca vətəndaşlarının həmin ərazilərdən təxliyəsini tələb etmişdi.

Söhbət Sa Kaeo əyalətindəki Ban Nong Çan kəndindən gedir. Bu ərazidə 1979-cu ildə Kamboca–Vyetnam münaqişəsi zamanı təxminən 13 min qaçqın məskunlaşmışdı. Münaqişə başa çatdıqdan sonra onların bir hissəsi burada qalmağa davam edib və Tayland hökuməti həmin dövrdə qaçqınların inteqrasiyasını təşviq edib. Daha sonra əraziyə nəzarəti Kamboca öz üzərinə götürüb.

Chosen
72
1
operativmm.az

2Sources