Albaniyanın Dürres limanında Azərbaycan vətəndaşı olan gənc dənizçi ölüb. Hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, 25 yaşlı dənizçi Əvəz Cəfərov Panamaya bayrağı ilə üzən buğda daşıyan “Kybele” gəmisində elektriklə işləyərkən onu cərəyan vurub. Hadisə yerli vaxtla dünən saat 17:50-də baş verib. Dərhal Dürres Regional Xəstəxanasına çatdırılan dənizçinin həyat əlamətləri olmadığı üçün həkimlərin müdaxiləsinə ehtiyac qalmayıb.
Polis əməkdaşları hadisənin tam təfərrüatını araşdırır. Məlumatda bildirilir ki, gənc dənizçinin ölüm səbəblərinin dəqiq müəyyən olunması üçün istintaq aparılır.
Hadisə yerli və beynəlxalq mediada da geniş əks-səda doğurub. Mənbələr ölən şəxsin yaşı, gəminin adı və portdakı vəziyyət barədə oxşar məlumatlar yayımlayıblar.