EN

® “Trendyol” və “Azərlotereya” əməkdaşlığa başlayıb – “1001 Sevinc” artıq “Trendyol”da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri “Trendyol”, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı Azerlotereya ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində “Trendyol”, “Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.

Müştərilər artıq “Trendyol” platforması vasitəsilə də “1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.

“1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0,5, 1, 2 və ya 3 manat qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın yutub və teleqram kanallarında canlı yayımla müəyyən edilir.

Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.

Lotereya biletini onlayn şəkildə əldə etmək üçün “Trendyol” müştəriləri əsas səhifədə yerləşdirilən “1001 Sevinc” bannerinə klikləməli və ya “Sifarişlərim” bölməsindən “1001 Sevinc” kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz “Trendyol” hesablarında görə biləcəklər.

Hazırda “Trendyol”un Azərbaycanda 2,5 milyondan çox müştərisi var. Son iki ildə “Trendyol” tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

2001-ci ildən fəaliyyət göstərən “Azərlotereya”nın müxtəlif çeşidli əyləncəli oyunlarında 1 milyon manatadək böyük uduş qazanmaq şansı var.

 

Chosen
31
17
azertag.az

10Sources