EN

Naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdabda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.

Doğru.az xəbər verir ki, görüş saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6300, Zərdab şəhəri, Heydər Əliyev prospekti) başlayacaq.

Görüşə gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”, 598-16-53/54 telefon nömrələri, [email protected] elektron poçtu və ya Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir, Mingəçevir və İmişli filialları vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi ilə də müraciət mümkündür.

DOĞRU.AZ

Chosen
18
dogru.az

1Sources