EN

Ölümlə nəticələnən qəzada maşının yandığı görüntülər

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Masazırda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı BMV və "Hunday" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMV markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın qısa müddətdə söndürülüb.

Digər avtomobil yanğından mühafizə olunub", - deyə məlumatda qeyd edilib.

Avtomobilin yandığı görüntülərini təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
axar.az

10Sources