EN

Azad edilmiş ərazilərdə daha 339 mina, 1511 PHS aşkarlanıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.12.2025-07.12.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 273 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 1511 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 693.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
120
49
apa.az

10Sources