Olaylar.az xəbər verir ki, Qonçarenko Telegram kanalında yazıb: "Burada məsələ nədə deyil, məsələ ondadır ki, biz ABŞ-dan asılıyıq. Amma biz ən böyük müttəfiqimizi qıcıqlandırmaqda davam edirik. Zelenskinin həmin oxumamasının səbəbini başa düşürəm. Bu, vaxt uzatmaq cəhdidir. Amma sual budur: nəyə görə?". Bundan öncə ABŞ Prezidenti Donald Tramp Zelenskinin Vaşinqtonun hazırladığı sülh sazişi layihəsi ilə hələ də tanış olmamasından məyusluğunu ifadə etmişdi. Tramp qeyd etmişdi ki, Ukrayna liderinin Amerika tərəfinin təklif etdiyi plana razı olub-olmadığı bəlli deyil və "kimsə izah etməlidir" ki, niyə Zelenski hələ də sənədin detalları ilə tanış olmayıb.
Dekabrın 8-i səhər Ukraynanın Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ABŞ-da keçirdikləri görüşlərdən sonra Zelenskiyə "Amerika tərəfi ilə dialoqun bütün aspektləri və bütün sənədlər barədə tam məlumat" təqdim edəcəyini bildirib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin məqsədi bütün aktual təklif layihələrini əldə edib Zelenski ilə ətraflı müzakirə etmək idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31