ain.az bildirir, Yenisabah portalına istinadən.
Bu ilin 11 ayında Azərbaycanda 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, DGK-nın 2022-2024-cü illər ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində 1 ton 900 kq-dan çox, cari ilin 11 ayında isə 1 ton 600 kq-dan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılmasını təmin olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.