EN

Trampın Zelenskiyə reaksiyası: “Çox məyus oldum”

ain.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş ABŞ tərəfindən hazırlanmış sülh təklifini təsdiqləməyə “hazır olmadığını” iddia edib.Turkustan.az xəbər verir ki, ABŞ və Ukrayna danışıqlar qrupları Tramp administrasiyasının təklifi ilə bağlı fikir ayrılıqlarının həllinə yönəlmiş üç günlük danışıqları yekunlaşdırdıqdan sonra Tramp Zelenskini tənqid edib. Dünən axşam jurnalistlərə açıqlama verən Tramp Ukrayna liderinin danışıqlarda irəliləyişə mane olduğunu iddia edib."Prezident Zelenskinin təklifi hələ oxumadığına görə bir az məyus oldum. O, xalqı sevir, amma onu oxumayıb", - Tramp deyib. ABŞ prezidenti əlavə edib: "Mən Rusiyanın bunu qəbul etdiyinə inanıram, lakin Zelenskinin bunu qəbul etdiyinə əmin deyiləm; o, hələ hazır deyil".

Aytən Yaşar/ Turkustan.az

Facebook

WhatsApp

Telegram

Twitter

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
50
icma.az

10Sources