Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) oyununda baş hakim olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dekabrın 9-da Berqamo şəhərindəki "Bortolotti" İdman Mərkəzinin 9-cu meydançasında (!) keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.