EN

Türkiyənin Antalya vilayətində güclü yağışlar daşqınlara səbəb olub

Antalya əyalətinin Alanya kurort şəhərində güclü yağış geniş daşqınlara səbəb olub. Vətəninfo.az  Habertürk TV-yə istinadən xəbər verir ki, yağış bəzi yerlərdə yeraltı keçidləri və yol hissələrini su basıb.

Belə hissələrdən birində səkkiz nəfər suyun çox olması səbəbindən dayanmış avtomobildə sıxışıb qalıb.

Hadisə yerinə gələn yanğınsöndürən və xilasedicilər sərnişinləri təxliyyə edib və təhlükəsiz əraziyə təhvil veriblər.

Güclü yağış bir neçə iş binasını da su basıb, Alanya dairəvi yolunda yeraltı keçidlər palçıqla dolub.

Qeyd olunur ki, itkin düşənlər və xəsarət alanlar var, lakin onların sayı ilə bağlı hələ ki, aydınlıq yoxdur.

Chosen
27
veteninfo.az

1Sources