BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclas keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Görüşün yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.
Görüş Sloveniyanın, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikasının müraciəti əsasında keçiriləcək.