“Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Qeyd olunub ki, Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.
Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.