EN

Qobuda TIR la Prius toqquşub I 3 nəfər ölüb

ain.az, Azvision saytına istinadən bildirir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Umudvar Abbasovun idarə etdiyi “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə bildirib ki, dekabrın 8-də saat 09:30 radələrində mərkəzə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
8
azvision.az

9Sources