EN

Deputat: Çevriliş baş verməsə, 2026 cı ildə sülh sazişi imzalanacaq

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan sülhün əldə edilməsi üçün ciddi addımlar atmalıdır. İlk növbədə gələn il referendum keçirməli və konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Bununla da sülh sazişi üçün mövcud maneələr aradan qaldırılmalıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2026-cı ilə dair imzalanma perspektivindən danışarkən bildirib.

“Hazırda proses müsbət istiqamətdə inkişaf edir. Ermənistan və Azərbaycan arasında vətəndaş cəmiyyəti səviyyəsində görüşlər keçirilir. Eyni zamanda delimitasiya prosesi davam edir, müzakirələr və əlaqələr var. Bütün bunlar müsbət haldır”, - A. Mollazadə əlavə edib.

Deputat qeyd edib ki, hazırda həm Ermənistan, həm də Azərbaycan cəmiyyətləri sülh sazişinin imzalanmasını dəstəkləyir:

“Əminliklə deyə bilərəm ki, əgər Ermənistanda çevriliş baş verməsə, keçmiş hərbi cinayətkarlar məqsədlərinə çatmasa və məlum ölkə Ermənistanı qarışdırmasa, iki dövlət arasında sülh sazişi 2026-cı ildə imzalanacaq. Çünki həm Ermənistan cəmiyyəti, həm də Ermənistan hakimiyyəti anlayır ki, sülhün alternativi yoxdur”.

Nemət ORUCOV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
reyting.az

1Sources