EN

Azərbaycanlı coğrafiyaçı-alim Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı, 8 dekabr, AZƏRTAC

Coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, Asiya Elmlər Akademiyası üzrə keçirilən seçkilərdə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov həmin akademiyanın həqiqi üzvü seçilib.

Asiya Elmlər Akademiyasını əsas ofisi Çinin Honkonq şəhərində yerləşir. Akademiya beynəlxalq elmi əlaqələrin genişlənməsini, innovativ tədqiqatları, kibertəhlükəsizlik üzrə müxtəlif layihələri həyata keçirməyi, bu sahədə dəyərli elmi nəşrləri, elmi tədqiqatları təbliğ etməyi qarşıya əsas məqsəd kimi qoyub.

 

Chosen
16
1
azertag.az

2Sources