EN

Nazilə Səfərli:“Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı”

Şair Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu “Banu” verilişindən ayrılmasından danışıb.

Axşam.az xəbər verir ki, bu haqda “Pərvizə görə” proqramında söz açan şair bunları deyib:
“Abid Şərifovun (Baş nazirin sabiq müavini  - red.) həyat yoldaşı gördüm ki, “Banu” verilişinə baxır. Dedi ki, elə paxıllığım tutur o qadınlara: ayağında qaloş, “Mariyanna” corab, dünya vecinə deyil, tək dərdi qarnı tox olsun. O qadınlara “elə xoşbəxtdir” deyirəm. O vaxtdan mənim ağlımda qalmışdı ki, kimlər kimə həsəd aparır. Onlar da deyir ki, ay Allah, kaş, sarayım olardı. O zamandan mənim ağlımda “Banu” handa bir qadınların həsəd apardığı qadın obrazlarının toplandığı veriliş idi. Birdən bəxtimə o veriliş düşdü. Verilişə həsəd aparılan həmin qadınlardan başladım. Ocaq başındakı qadının çoxları üçün əlçatmaz olduğunu bilərək başladım”.
Proqramdan getməsindən danışan N.Səfərli "Ayağımla bağlı əməliyyata hazırlaşırdım. Rayonlarda çəkiliş saat 9-dan başlayırdı. Gördüm ki, bu işin öhdəsindən gələ bilməyəcəyəm. Ayrılmağıma əsas səbəb operatorlarım oldu. Hər dəfə axsamağımı ekrana yansıdırdılar. Komandam məni düşünmürdü. Vaxtım yox idi ki, oturum verilişə baxım. Sosial mediada görürdüm ki, axsayıram, məhz axsaya-axsaya getdiyimi özəl çəkirlər. Qəsdən deyildi, sadəcə, o qədər idi... Diqqət yox idi” sözlərini əlavə edib.

Chosen
61
7
yenilik.az

8Sources