EN

Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media tura strat verilib (FOTO)

Ağdam. Trend:

Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media turastrat verilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri ilkolaraq Ağdamda prezident İlham Əliyev tərəfindən açılışı olan“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam”qovşaq yarımstansiyasında olublar.

Qarabağ Regional elektrik şəbəkəsinin direktoru MircəlalHüseynov media nümayəndələrinə bildirib ki, “AzərEnerji” tərəfindəninşa edilən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasına“Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəliolmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəkiildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xəttiçəkilib:

"Bu yarımstansiyanın Ağdamın Xocalıya birləşən yerindətikilməsində xüsusi məqsəd var idi və daha çox gələcəyə hesablanıb.Yəni “Ağdam” Qovşaq Yarımstansiyası rayonun bəzi kəndləri iləyanaşı əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkəenerjisisteminə qoşmaqla, böyük hissəsini elektrik enerjisi ilətəchiz etməklə bərabər, həmçinin, ehtiyat qida mənbəyi kimiRegionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçünyarımstansiyada ehtiyat yuvalar da quraşdırılıb. Artıq yaxınvaxtlarda “Ağdam” Qovşaq Yarımstansiyasından Xankəndiyə 110kilovoltluqluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa”və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla daikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda Xocalı,Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatıda “Ağdam” Qovşaq Yarımstansiyasından təmin ediləcək".

Qurumun rəsmisi qeyd edib ki, yarımstansiyanın yeni tikilənİdarəetmə Mərkəzində 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcıqurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası,mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetməpanelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib."Yarımstansiyada müasir tələblərə cavab verən micro SCADA sistemiyaradılıb və “Azərenerji”nin mərkəzi SCADA sistemi iləsinxronlaşdırılıb".

Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Prezidentin
Chosen
256
1
az.trend.az

10Sources