
Avropa İttifaqının (Aİ) 7 lideri Ukraynaya maliyyə dəstəyi göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsini qaldırıb.
Â
Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasına məktub göndərilib.
"Ukraynanın büdcə və hərbi ehtiyaclarının hazırkı miqyasını və aktuallığını nəzərə alaraq, biz Komissiyanın Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə edilən pul qalıqları hesabına kompensasiya krediti təklifini qətiyyətlə dəstəkləyirik",-sənəddə bildirilib.
Qeyd edək ki, məktubu Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveç liderləri Aİ Şurasının sədri Antonio Kostaya ünvanlayıb.
İlahə Qənbərli
Missiya.Az