Beyləqan. Trend:
Beyləqanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfərxəsarət alıb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonunBirinci Aşıqlı kəndi ərazində baş verib.
Belə ki, hərəkətdə olan "QazEl" markalı avtomobil "Xazar Lada"markalı avtomobil ilə toqquşub. Avtomobildə olan 4 nəfər xəsarətalıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.