Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski Londona səfər edib.
Reyting.az xəbər verir ki, bu barədə “The Independent” internet nəşri məlumat yayıb.
Məlumata görə, Vladimir Zelenskinin səfəri zamanı Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə görüşü planlaşdırılır.
Xatırladaq ki, beş gün bundan əvvəl Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında aparılan danışıqlarda Ağ evin sülh planı üzrə kompromis əldə olunmayıb.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.