Bakı. Trend:
Süni intellektin sürətli inkişafı dünyaya və ekologiyaya mənfitəsir göstərir.
Trend xəbərverir ki, bunu bu gün elm və təhsil nazirinin müavini FirudinQurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektinrolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, süni intellekt üçün data mərkəzlərinsayı artmaqdadır:
“2012-ci ildə dünyada cəmi 500 min mərkəz var idi ki, hazırdaonların sayı 8 milyonu keçir. Bunun da ekologiyaya mənfi təsirivar. Birincisi, bu mərkəzlər enerji istifadə edir. İrlandiyada2026-cı ildə istifadə olunan enerjinin 35 faizi data mərkəzlərinəsərf ediləcək. 2 kq kompüter üçün 800 kq xammal tələb olunur. Eynizamanda xüsusi elementlə istifadə olunur. Bunlar gələcəkdəekologiyaya mənfi təsir edəcək”.
O bildirib ki, Nazirliyin əsas vəzifəsi bu sahədə kadrlarınhazırlanmasıdır:
“Həmçinin, digər vəzifəmiz müvafiq elmi araşdırmalarınaparılmasıdır. Biz məktəblərdə uşaqların süni intellekt sahəsindəməlumatlı olmağı ilə bağlı layihələr həyata keçiririk. Bizimekoloji məktəblərimiz də var ki, orada uşaqlar məsələ ilə bağlıəsas məlumatları əldə edirlər”.