EN

Bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün tərkibində narkotik vasitələrin olmamasına dair sənəd tələb olunacaq

Bakı. Trend:

Nazirlər Kabinetinin “Qida təhlükəsizliyi haqqında” AzərbaycanRespublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdətutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatınındayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsiQaydaları və qeydiyyatın qüvvədəolma müddətində dəyişiklikedilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, bioloji aktiv qida məhsullarının qeydiyyatı iləbağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar daəlavə olunacaq:

  • təqdim edilmiş məhsulun istehsalı barədə müvafiq sənədlərin(keyfiyyət parametrləri spesifikasiya sənədində olan parametrlərləeynilik təşkil edən məhsul seriyasına dair analiz sertifikatı,məhsulun tərkibi üzrə tədqiqat (sınaq) protokolu, tədqiqatın(sınağın) aparılması üçün validasiya edilmiş analiz üsulları,məhsulun keyfiyyətinə dair fiziki-kimyəvi və mikrobioloji keyfiyyətparametrlərinin əks olunduğu spesifikasiya sənədi, məhsulunyararlılıq müddətini təsdiq edən sınaqlara dair məlumat,resepturalar, istehsalçı tərəfindən təqdim edilmiş məhsulunistehsal prosesinin ardıcıllığını əks etdirən sənədlər (texnolojiproses), eləcə də istehsalçının bioloji aktiv qida məhsullarınınistehsalına icazəsi barədə sənədlərin surətləri və məhsuluntərkibindəki təsiredici maddələrə dair müqayisə standartları;
  • istehsalçının məhsulun tərkibində genetik modifikasiya olunmuşməhsulların və nanomaterialların, hormonların, pestisidlərin,həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onlarınprekursorlarının, güclü təsir edən və zəhərli maddələrin vəBeynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı iləmüəyyən edilmiş dopinq maddələrinin olmaması haqqında təsdiqedicisənədi;
  • məhsulun istehlakçı üçün nəzərdə tutulmuş istifadə təlimatı vəonun Azərbaycan dilinə tərcüməsi;
  • ekspertizaya təqdim olunmuş məhsulların etiketinin vəqablaşdırılmasının ərizəçi və ya istehsalçı tərəfindən təsdiqedilmiş maketləri, həmin maketlər xarici dildə olduqda Qanunun17.4-cü maddəsinin tələblərinə əsasən onların Azərbaycan dilindətərcüməsi;
  • məhsulun tərkibindəki təsiredici maddələrin beynəlxalq adı vəkəmiyyət tərkibi, köməkçi maddələrin və digər inqrediyentlərin isəbeynəlxalq adı göstərilməklə siyahısı, həmçinin kapsul və tabletörtüklərinin hazırlanmasında istifadə olunan maddələrinsiyahısı;
  • istehsalçı tərəfindən məhsulun hazırlanmasında istifadə olunanbitkilərin binar nomenklaturaya əsasən elmi adları, onlardan alınanxammallar (istifadə olunan bitki hissələri), həmçinin məhsula daxilolma formalarının (toz, qatı, quru və maye ekstratları, dəmləmə,bişirmə, tinktura və s.) barədə məlumatlar.
Məqalədə:
Chosen
57
4
az.trend.az

5Sources