EN

Türkiyədə dəhşətli hadisə:10 yaşlı uşaq...

Ajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əmir iki gün əvvəl məktəbdən evə qayıtmayıb və ailəsi itkin düşdüyü barədə Reyhanlı Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşları uşağın izini tapmaq üçün rayonda 200-dən çox təhlükəsizlik kameralarının görüntülərini araşdırıb. Kamera görüntüləri əmisi M.E.-nin Əmiri apararaq bir evə basdırdığını ortaya çıxarıb. Əmisi M.E. hadisəni inkar etsə də, polis, AFAD, jandarma və QHT-lərin iştirakı ilə aparılan axtarışlar nəticəsində uşağın başından xəsarət almış vəziyyətdə torpağa basdırıldığı yerdə tapılıb. Dindirilən Əmir bildirib ki, məktəbdən sonra əmisi tərəfindən qaçırılıb və döyülüb. 30 yaşlı əmisi M.E. məhkəmə tərəfindən həbs edilib. Məlum olub ki, M.E.-nin əvvəllər “ehtiyatsız hücum” ittihamı ilə məhkumluğu olub. Hazırda Hatay Təlim və Araşdırma Xəstəxanasında müalicə alan Əmirin huşunda olduğu bildirilib.

 

Chosen
103
Ajans.az

1Sources