EN

İqtisadiyyat nazirinin müavini Şabranda vətəndaşlarla görüşüb

Bakı, 8 dekabr, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Anar Axundov Şabran şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, dövlət investisiyaları və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların sorğu xarakterli müraciətlərinə əsaslandırılmış cavab və izahat verilib.

Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Chosen
21
4
azertag.az

5Sources