Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə görüşəcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, görüşün əsas mövzusu Ukraynada müharibəyə son qoymağa yönəlmiş yeni sülh təşəbbüsü olacaq.
Görüş Dauninq Stritdə keçiriləcək.