EN

Toqquşmadan avtomobil yandı - TƏFƏRRÜATLARVİDEO

Masazırda ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, "BMW" və "HYUNDAİ" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "BMW"markalı minik avtomobil anidən alovlanıb.

FHN əməkdaşları tərəfindən baş verən yanğın qısa müddətdə söndürülsə də avtomobilin sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

Əvvəlcə nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin, aparılan tibbi müdaxilələrə baxmayaraq, "BMW"markalı minik avtomobilin sürücüsü Qurbanəli Əlizadə həyatını itirib.

Digər 2 şəxsin müalicəsi isə hazırda özəl tibb müəassisələrində davam etdirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Chosen
17
xezerxeber.az

1Sources