EN

Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib

Bakı. Trend:

Avropa İttifaqının nümayəndələri 2026-cı ildə Polşanı “həmrəylikmexanizmi” çərçivəsində digər ölkələrdən gələn miqrantların qəbuledilməsi üzrə öhdəliklərdən azad etməyə razılaşıblar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyininrəhbəri Marçin Kervinski ittifaqın ədliyyə nazirləri iclasınınnəticələrini şərh edərkən məlumat verib.

“Polşa istənilən relokasiya mexanizmlərindən, eləcə də onunlabağlı istənilən xərclərdən azad edilib”,- deyə o bildirib.

Nazirin fikrincə, yüksək ehtimalla Varşava bu istisnadan gələcəkillərdə də yararlana bilər. Siyasətçi qeyd edib ki, məsələ CənubiAvropa ölkələri arasında müəyyən narazılıqlar yaradıb.

Kervinski həmçinin, Avropa İttifaqının 2026-cı ildə təxminən 21min miqrantı “relokasiya etməyi” planlaşdırdığını diqqətəçatdırıb.

Chosen
88
4
az.trend.az

5Sources