Bakı. Trend:
Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalqinformasiya agentliyi arasında əməkdaşlıq memorandumuimzalanıb.
Trend xəbər verir ki, sənədəViory-nin baş meneceri Zulayho Siddikova və telekanalın direktoruRadik İsmayılov imza atıblar.
Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq vəinformasiya mübadiləsi həyata keçiriləcək. Viory-nin baş ofisiAbu-Dabidə yerləşir. Dünyanın əksər regionlarında nümayəndəliklərivar. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını özününəsas missiyası elan edib.
Memoranduma əsasən, tərəflər bir-birlərini informasiya ilə təminedəcəklər. Gələcəkdə birgə kontentin yaradılması da nəzərdətutulur.