EN

Qonşusunun evinə görə qaldığı mənzil qəzalı vəziyyətə düşdüVİDEO

Evin divarları aralanıb, bir tərəfi çöküb...

Abşeron rayonu, Atyalı qəsəbəsində yaşayan Ramil İbrahimov "Xəzər Xəbər"ə müraciət edib. O iddia edir ki, qonşusunun evi uçma təhlükəsi ilə üz-üzə olması səbəbindən, onun evi də qəzalı vəziyyətdədir. Müvafiq qurumlara müraciət etsə də hələ də məsələyə baxan yoxdur.

Onun sözlərinə görə qonşuluqdakı evin sahibləri məsuliyyəti öz üzərilərinə götürmürlər. Halbuki özləri də evlərinin qəzalı olmasına görə, köçüb başqa yerdə yaşayırlar.

Ramil İbrahimov bildirir ki, qəzalı olan evinin uçması insan həyatının sonu ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin sualımızdan yayınaraq, cavab vermədilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
72
xezerxeber.az

1Sources