EN

FƏTH: Qəzzanın idarə olunması üçün komitə yaxın zamanda yaradıla bilər

Qəzza sektorunu idarə edəcək texnokrat komitənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir.

APA xəbər verir ki, bu barədə FƏTH hərəkatının nümayəndəsi Abdel Fattah Daula “Asharq al-Awsat” qəzetinə açıqlaması zamanı deyib.

“Qəzza sektorunda sülhün növbəti mərhələsinə dair razılaşma çərçivəsində texnokratik komitənin yaradılması barədə tezliklə elan olunacağına dair danışıqlar aparılır. Ümid edirik ki, bu, ərəb və islam ölkələri ilə uzlaşdırılmış və beynəlxalq səviyyədə qəbul olunmuş Fələstin mövqeyinə uyğun olacaq”, - o deyib.

O həmçinin vurğulayıb ki, FƏTH komitəyə rəhbər vəzifəsinə fələstinli bir nazirin təyin edilməsində israrlıdır.

Chosen
14
2
apa.az

3Sources