EN

Fon der Leyen: Rusiya aktivlərinin müsadirəsi Aİ-nin müdafiəsi üçün həlledici addımdır...

Brüssel dondurulmuş aktivlərin Ukraynanın maliyyələşdirilməsinə yönəldilməsini həyati vacib məısələ sayır…

Poliqon xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen dondurulmuş Rusiya dövlət aktivlərindən Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün istifadə edilməsini “Avropa İttifaqının müdafiəsi üçün açar addım” adlandırıb. O, bunu Londonda “istəkli koalisiya” iştirakçılarının videokonfransından sonra bəyan edib.

Fon der Leyenin sözlərinə görə, Ukraynaya maliyyə dəstəyi göstərilməsi ölkənin yaşamasını təmin edir və bu, Aİ-nin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. O, “reparasiya krediti” adlandırılan sxemin dondurulmuş Rusiya suveren aktivlərinin pul dəyərinə əsaslandığını ifadə edib.

Avropa Komissiyası 18–19 dekabr tarixlərində keçiriləcək Aİ sammitində Rusiya aktivlərindən 210 milyard avronun mənimsənilməsi barədə qərarın qəbul olunacağına ümid edir. Aktivlərin ən böyük hissəsi , 185 milyard avro hazırda Belçikadakı Euroclear depozitarında bloklanıb.

Poliqon.info

Chosen
77
poliqon.info

1Sources