EN

"Qarabağ Dirçəliş Fondu" sığortaçı seçib

"Qarabağ Dirçəliş Fondu" Publik Hüquqi Şəxsi tərəfindən işçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin “Kasko” sığortası xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 21 min 231 manat 8 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 27 min 589 manat 78 qəpik idi.

Qeyd edək ki, "Qala Sığorta" ASC bu yaxınlarda (05.12.2025) daha bir dövlət qurumunun etimadını qazanıb.

Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən nəqliyyat vasitələrinin tam könüllü (kasko) sığortasının satınalınması üzrə keçirilən tenderin qalibi seçilib. Həmin müqavilənin dəyəri 35 min 700 manat təşkil edib.

Chosen
88
fed.az

1Sources