Bakı. Trend:
Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq ikincibölmədə təmir işləri aparılacaq.
Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 Mayqəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdansonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilətəmin olunacaq.