EN

Araz Naxçıvan kubokdakı məğlubiyyətin əvəzini çıxa biləcək?

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək.

"Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir. Son 5 gündə bu komandalar ikinci dəfə üz-üzə gəlirlər. Ötən həftənin cümə axşamı, ölkə kubokunun 1/8 final mərhələsində Gəncə təmsilçisi naxçıvanlıları mübarizədən kənarlaşdırmaqla yadda qaldılar. Bəs bu dəfə necə olacaq? Elmar Baxşıyevin yetirmələri ötən tur səfərdə "Qəbələ"yə məğlub olub və hazırda 20 xalla turnir cədvəlində 6-cı yerdədir.  "Kəpəz" isə 6 xalla 10-cudur.

Qeyd edək ki, turun dünən keçirilən qarşılaşmalarında "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Qəbələ" - "Turan Tovuz" matçı isə 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq qalıb.

Misli Premyer Liqası

II dövrə, XIV tur

17:00. "Araz-Naxçıvan" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam MəmmədovVAR: Elçin MəsiyevAVAR: Teymur TeymurovHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Elgiz AbbasovMərdəkan. "Liv Bona Dea Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
sport24.az

1Sources