EN

DÇ 2026 da iki əlavə su fasiləsi olacaq

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

FİFA 2026-cı il dünya çempionatı üçün yeni bir qayda təsdiqləyib: hər matçda su içmək üçün iki əlavə fasilə olacaq.

İdman.Biz-in məlumatına görə, turnirin baş koordinatoru Manolo Zubiria bunu FİFA-nın rəsmi saytına verdiyi müsahibədə açıqlayıb.

Fasilələr üç dəqiqə davam edəcək və hava şəraitindən, matçın yerindən və ya başlama vaxtından asılı olmayaraq tətbiq olunacaq. Dəyişiklik sıx qrafik və yüksək intensivlikli matçlar zamanı oyunçuların təhlükəsizliyini və fiziki rahatlığını artırmaq məqsədi daşıyır.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyunda, final matçı isə 19 iyulda başlayacaq. Yeni formatda qırx səkkiz komanda iştirak edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
2
icma.az

3Sources