EN

Texnoloji həllər vasitəsilə neft-qaz platformalarının istismar müddətini uzatmaq olar - Kərim Şakuri

Bakı. Trend:

Bakıda keçirilən konfrans neft-qaz sektorunda yeni əməkdaşlıqlarüçün imkan yaradır.

Bunu "Caspian Technical Solution" (CTS) şirkətinin direktoruKərim Şakuri Bakıda keçirilən"Asset Integrity & Corrosion andCoatings Conference" tədbiri çərçivəsində Trend-ə açıqlamasındadeyib.

O bildirib ki, Bakı şəhərində təşkil olunan “Asset Integrity &Corrosion and Coatings Conference” çərçivəsində neft-qazsənayesində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərarasında görüş və təcrübə mübadiləsinin keçirilməsi gözlənilir:

"Tədbirdə beynəlxalq səviyyədə tanınmış bir sıra şirkətlərinnümayəndələri iştirak edir və SOCAR-ın tərəfdaşları ilə birgəindividual görüşlərin təşkili planlaşdırılır. Qısa müddətdə konkretmüqavilələrin imzalanacağını demək tez olsa da, konfrans ilkindanışıqların aparılması baxımından mühüm platformadır. Budanışıqların davamında müvafiq tenderlər keçirilə,qiymətləndirmələr aparıla və sonda əməkdaşlıq müqavilələri əldəedilə bilər”.

Şirkət rəhbəri əlavə edib ki, tədbirdə əsas müzakirəmövzularından biri mövcud neft-qaz platformalarının yeni texnolojihəllər vasitəsilə istismar müddətinin uzadılmasıdır. O qeyd edibki, bu məqsədə müasir texnoloji alətlərdən istifadə etməklə nailolmaq mümkündür.

Chosen
40
1
az.trend.az

2Sources