EN

Toydan qayıdan həmkəndlilər avtobusda mübahisə etdi, sonu qanla nəticələndi - CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Natiq Səttarovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 2025-ci il tarixdə, saat 22 radələrində Ağstafa rayonu, Köçəsgər kəndində baş verib.


Belə ki, Natiq Səttarov həmin gün saat 21 radələrində Ağstafa şəhərindən toydan kəndə qayıdarkən avtobusda zərərçəkmiş Nazim Ələkbərovla (soyadı şərtidir) mübahisə edib. Zərərçəkmiş baş verən insidentlə bağlı təqsirləndirilən şəxsə iradını bildirib. Daha sonra söhbət Nazimin evinin qarşısında küçədə davam edib. Bu zaman Natiq əsəbiləşərək onun qarın nahiyəsinə bir dəfə kəsici-deşici alətlə zərbə vurub. Nəticədə zərərçəkmişdə qarnın ön divarının boşluğa keçən iti alət yarası və köndələn çənbər bağırsağın zədələnməsi müşahidə olunub.


Hadisədən sonra Natiq Səttarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2025, 09:27   
Chosen
65
2
pravda.az

3Sources