EN

The Times: Avropa ölkələri Rusiya suveren aktivlərinin müsadirəsi üzrə razılaşmanı elan etməyə yaxındır...

Ukraynaya 100 milyard funt ayırma planı London görüşündə müzakirə olunub…

Poliqon xəbər verir ki, The Times nəşri Avropa ölkələrinin dondurulmuş Rusiya suveren aktivlərinin müsadirəsi ilə bağlı razılaşmanı bu və ya gələn həftə elan etməyə hazırlaşdığını yazıb. Britaniya hökumətindəki mənbələrə görə, məsələ 8 dekabrda Londonda keçirilən görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Ukrayna prezidenti Vladimir Zelenski arasında müzakirə edilib. Nəşr bildirir ki, saziş çox yaxın zamanda razılaşdırılacaq.

İddiaya görə, razılaşma Ukraynaya 100 milyard funt sterlinq (133 milyard dollar) ayrılmasını nəzərdə tutur və bu vəsait tam şəkildə Rusiya aktivlərindən formalaşdırılacaq. Böyük Britaniyanın payı təxminən 8 milyard funt sterlinq (10,6 milyard dollar) olacaq. Bu vəsait ya Ukraynanın müdafiəsinə, ya da müharibədən sonrakı bərpa işlərinə yönəldiləcək.

Moskva isə xarici ölkələrdəki Rusiya aktivlərinə istənilən müdaxiləni “oğurluq” adlandırır və mümkün cavab tədbirləri ilə hədələyir. Kreml bəyan edib ki, Rusiya aktivlərinin müsadirəsinə görə həm dövlətlər, həm də bu qərarların qəbulunda iştirak edən konkret şəxslər məsuliyyət daşıyacaq.

Poliqon.info

Chosen
155
poliqon.info

1Sources