EN

Avtobusun aşması nəticəsində 8 nəfər öldü

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Boliviyada La-Pas və Yunqas bölgəsi arasında təhlükəli dağ yolunda avtobusun qəzaya uğraması nəticəsində azı səkkiz nəfər ölüb, altı sərnişin yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli qurumlara istinadən məlumat verib.

İlkin məlumata görə, kiçiktutumlu avtobus qəfildən yoldan çıxaraq dərəyə aşıb.

Xəbərdə bildirilir ki, Boliviyada hər il yol-nəqliyyat hadisələri zamanı 1 000-dən çox insan ölür, azı 40 000 nəfər isə yaralanır.

Məlumata görə, La-Pas və Yunqası birləşdirən yol dünyanın ən təhlükəli yollarından biri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
1
avtosfer.az

2Sources