EN

KİV: ABŞ Ukraynaya təzyiq edir

Ukrayna prezidenti Volodimir Zelenski "sülh" planının bir hissəsi olaraq ərazi itkiləri və digər güzəştlərə razı olması üçün ABŞ-nin təzyiqi altındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Nəşrin yazdığına görə, həftələrlə davam edən danışıqlardan sonra Ukrayna rəsmiləri hələ də ABŞ-nin hazırkı planının bəzi aspektlərinin Moskva üçün faydalı olduğuna inanırlar: "Vaşinqton isə Zelenskiyə Kreml lideri Vladimir Putindən qat-qat çox təzyiq göstərir".

Lakin anonim Amerika rəsmisi bunu təkzib edərək, ABŞ-nin Putinə də tələblərini yumşaltmaq üçün təzyiq etdiyini qeyd edib.

Əli Hüseynov

Chosen
86
1
bakivaxti.az

2Sources