EN

Türk əsgərləri əmr gözləyir, bu, sadəcə an məsələsidir

Qəzza atəşkəs razılaşmasının qarant ölkələrindən biri olan Türkiyə davamlı sülh üçün məsuliyyəti öz üzərinə götürür, Türkiyə Silahlı Qüvvələri isə əsgərlərin bölgədə yaradılacaq Sabitləşdirmə Qüvvələrində xidmət etməsi üçün hazırlıqları başa çatdırıb.

Missiya.Az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

“Atəşkəsin qarantı kimi Türkiyənin Qəzzada olması vacibdir”, - deyə vurğulanıb.

Təhlükəsizlik mənbələri Türkiyə Silahlı Qüvvələrinin texnologiyanın inkişafına və müharibə taktikası və texnikalarının inkişaf etdirilməsinə əsaslanan gələcək layihələr üzərində işlədiyini vurğulayaraq, bunlara hava sistemləri, pilotsuz sistemlər, raket sistemləri və süni intellekt dəstəkli sistemlərin daxil olduğunu qeyd ediblər.

Bildirilib ki, türk əsgərlərinin Qəzza Sabitləşdirmə Qüvvələrinə göndərilməsi ilə bağlı Türkiyə üçün heç bir problem yoxdur.

“Amerikalılar da bizim orada olmağımızı çox istəyirlər, amma İsrail buna qarşıdır. Amerikalılar Türkiyə qoşunlarının bölgədə olması üçün İsrailə təzyiq göstərirlər. Çünki atəşkəsin qarantı olan ölkələrdən biri olaraq, biz orada olmalıyıq. Qoşunlarımız ora getməyə hazırdır. Bütün lazımi bölmələri hazırlamışıq”, - deyə əlavə olunub.

Daşqın HəsənovMissiya.Az

Chosen
54
missiya.az

1Sources