Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanma zonasına giriş məhdudlaşdırılıb.
Məsələ ilə əlaqədar Bakı metropolitenindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşası nəzərdə tutulub.
"Ərazidə hazırlıq işləri aparılır. İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə məlumatda qeyd olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.