Bakı. Trend:
Amerika Birləşmiş Ştatları “Böyük Yeddilərin” (G7) maliyyənazirlərinin zirvə toplantısı zamanı Ukraynaya pul yardımınıazaltmaq niyyətində olduğunu bəyan edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Görüş zamanı ABŞ tərəfi bildirib ki, 2024-cü ildə Baydenadministrasiyasının razılaşdırdığı G7 kreditinin son tranşlarıödənildikdən sonra Ukraynaya dəstəyi azaldacaq”, - deyə “Politico”nəşrinin məlumatında qeyd olunub.
Nəşr qeyd edir ki, Ukrayna 2026-cı ildə 71,7 milyard avro büdcəkəsiri ilə üzləşəcək və yeni vəsait daxil olmadığı halda apreldənetibarən dövlət xərclərini azaltmağa məcbur qalacaq.