EN

Kart məlumatlarını paylaşmaq real təhlükə doğurur DİN

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətidən verilən məlumata görə, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda, hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaq tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə realdır”, - deyə müraciətdə bildirilir.(azərtac)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
49
bizimyol.info

10Sources