EN

Tütün məmulatlarında aksiz dərəcələri kəskin artırılır

Bakı. Trend:

Yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlərüzrə aksiz dərəcələrinin artırılması, tamamilə idxaldan asılı olanvə aşağı aksiz dərəcələrinə malik bir sıra alternativ tütünməmulatlarının istifadəsinin artmasına və onların minimalqiymətləri səbəbindən satışında kəskin bahalaşma baş verməsinəgətirib çıxara bilərdi. Bu baxımdan tütün məmulatları bazarınınhəmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurətiyaranıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovparlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncüoxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, aksiz dərəcələrinin dəyişdirilməsitəklif olunan tütün məmulatlarının aşağıdakılardır.

“Birinci qrup — alışdırılmadan, inhalyasiyaüçün nəzərdə tutulan, tərkibində tütün və ya bərpa edilmiş tütünolan məhsullardır. Bu məhsullar üzrə aksiz dərəcəsinin min ədədinəgörə yerli istehsal və idxalda 16 manatdan 25,5manata qaldırılması təklif olunur.

İkinci qrup — istehsal məqsədli tütünləristisna olmaqla, digər çəkilən tütünlər, homogeneleştirilmiş və yabərpa edilmiş tütünlər, çeynənən və ya buruna çəkilən tütünməhsullarıdır. Bu məhsullar üzrə aksizin hər kiloqramına görə yerliistehsalda 22 manatdan 162 manata, idxalda isə30 manatdan 170 manata yüksəldilməsi təklifedilir”.

Chosen
75
12
az.trend.az

7Sources