EN

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlandı

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb.

 

Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

 

- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

 

- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

 

- Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

 

- Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

 

- Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

 

- Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

 

- Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.

Tarix: 9 Dekabr 2025, 12:18   
Chosen
46
9
pravda.az

10Sources